DTX-nin ekstradisiya etdiyi şəxsə hökm oxunub

Bakı şəhəri Səbail Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 233-4.2.3 və 273.4-cü maddələri ilə təqsirləndirilən İmamverdiyev Etibar Oktay oğlunun 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökm çıxarıb.

Transmilli şəbəkə vasitəsi ilə Azərbaycan ərazisi üzərində qanunsuz beynəlxalq telekommunikasiya xidmətləri təşkil etməsi DTX tərəfindən üzə çıxarılmış, beynəlxalq axtarışa verilmiş Etibar İmamverdiyev xarici ölkədə saxlanılıb, uzun sürən hüquqi prosedurlardan sonra Azərbaycana ekstradisiya edilib.

Müəyyən edilib ki, E.İmamverdiyev əlaqəsində olan digər şəxsləri cəlb edərək xüsusi qurğular vasitəsilə ölkədəki telekommunikasiya şəbəkəsinə gizli qoşulub, mobil operatorların SIM kartlarından istifadə etməklə xaricdən gələn telefon zənglərini internet üzərindən yerli şəbəkəyə dolayı yollarla istiqamətləndirib. Müvafiq üsulla dövlət nəzarətindən kənar davamlı qanunsuz beynəlxalq rabitə xidməti təşkil edib. E.İmamverdiyev, dövlət əhəmiyyətli infrastrukturun kompüter sisteminə müdaxilə edib və məlumatları dəyişdirib.

Məhkəmə baxışı zamanı məlum olub ki, istintaq materiallarına əsasən dövlət təhlükəsizliyinə təhdid yaradan bu əməllər nəticəsində həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) “AzInTelecom” şirkətinə əhəmiyyətli maddi ziyan dəyib.

Azərtac

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR