“ASAN kommunal” - 10 il

“ASAN kommunal” mərkəzləri Azərbaycan Prezidentinin 2016-cı il mayın 4-də imzaladığı Fərmana əsasən yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Gazette.az-a verilən məlumatda bildirilib ki, Fərmanda əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, “ASAN xidmət” təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi, xidmətlərin daha keyfiyyətli, rahat və innovativ yanaşmalar əsasında həyata keçirilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin olunması əsas məqsəd kimi müəyyən edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə fiziki və hüquqi şəxslərə kommunal və digər xidmətlərin vahid məkanda “ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında təqdim edilməsini təmin edən “ASAN kommunal” mərkəzlərinin yaradılması və vahid şəkildə idarə edilməsinin təşkili həvalə olunub.

Hazırda Bakı şəhərində 3 “ASAN kommunal” mərkəzi fəaliyyət göstərir. Həmçinin kommunal xidmətlər ölkəmizin müxtəlif regionlarında yerləşən “ASAN xidmət” mərkəzlərində də təqdim olunur. Mərkəzlərdə elektrik enerjisi, təbii qaz, su və digər kommunal istiqamətlər üzrə xidmətlər vahid məkanda həyata keçirilir.

Ötən 10 il ərzində “ASAN kommunal” mərkəzlərində 60-a yaxın xidmət göstərilib və ümumilikdə 4 milyon 425 mindən çox müraciət daxil olub.

“ASAN kommunal” modeli vasitəsilə müvafiq istiqamətdə şəffaflığın, əlçatanlığın və operativliyin təmin olunması prioritet hədəf kimi müəyyən edilib.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR