Avtomobilə yazılan cərimələrlə bağlı YENİLİK

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati qərarların rəsmi təqdim edilməsi artıq SMS bildirişi göndərilən və ya şəxs sənədlərlə elektron qaydada tanış olduğu vaxt hesab ediləcək, avtomobilin ön şüşəsinə kağız bildiriş qoyulması isə ləğv olunur.

Gazette.az oxu.az-a istinadla xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclaslarında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Təklif edilən dəyişiklikdə sənədlərin rəsmi verilməsi vaxtı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə SMS məlumat çatdırıldığı vaxt və ya müvafiq sənədlərlə tanış olduğu vaxt hesab ediləcək.

Bundan başqa, qanun layihəsində dayanma və ya durma qaydalarının, parklanma qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən inzibati xəta haqqında qərarın surətinin nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulması tələbinin aradan qaldırılması təklif olunur.

Bildirilib ki, bu da sənədlərin çatdırılması real vaxt rejimində həyata keçirildiyi üçün kağız formatın aradan qalxması zərurətindən yaranıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR