Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Xəzər kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xəzər kəndində şəhidlərin əziz xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Xəzər kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “Azərbaycanın dinamik inkişafı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın məntiqi nəticəsidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın müasir dövrdə qazandığı böyük uğurlar və ölkənin dinamik inkişafına düşünülən və uzaqgörən dövlət strategiyasının nəticəsidir. Bu strategiyanın müəllifi isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olub. Ulu Öndər Heydər Əliyev ölkənin tarixinin ən çətin mərhələlərindən birində hakimiyyətə gələrək dövlət müstəqilliyini qorumağı bacarıb, ölkədə sabitliyin və inkişafın əsasını qoyub. 

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan ciddi problemlərlə üzləşmişdi. Dövlət idarəetmə sistemində xaos, iqtisadi böhran və daxili qarşıdurmalar ölkənin gələcəyini təhlükə altına qoyurdu. Belə bir mürəkkəb şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi təmin etməyə nail oldu. Onun qətiyyətli qərarları və müdrik siyasəti nəticəsində dövlət institutları möhkəmləndirildi, qanunçuluq bərpa edildi və dövlət quruculuğu prosesi sürətləndirildi. Eyni zamanda hüquqi dövlətin əsaslarının yaradılması istiqamətində mühüm addımlar atıldı, müasir və səmərəli idarəetmə sisteminin formalaşdırılması üçün geniş islahatlar həyata keçirildi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində mühüm işlər görüldü, yeni qanunlar qəbul edildi, hüquqi islahatlar həyata keçirildi və demokratik dövlət quruculuğu prinsipləri möhkəmləndirildi.

Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, tikintiyə icazə, torpaq sahəsinin ayrılması, MİLLİÖN ödəmə terminalının quraşdırılması, Qızılağac Milli Parkının Xəzər kənd ilə həmsərhəd zolağında yerləşən ərazisindən heyvanların otarılması üçün icazə verilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

1

1

1

1

1

1

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR