Daxili İşlər və Səhiyyə nazirliklərinin əməkdaşları üçün təlim keçirilib

“Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs (İnstitut) tərəfindən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi” mövzusunda təlim təşkil olunub. Təlimdə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin, Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Psixiatriya Xəstəxanasının və Respublika Narkoloji Mərkəzinin ümumilikdə 24 əməkdaşı iştirak edib.

Tədbirin açılışında İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə insan hüquqları və hüquqi maarifləndirmə sahəsində həyata keçirdikləri fəaliyyətlər barədə məlumat verib. Qeyd edib ki, bu cür təlimlər dövlət qurumlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artmasına xidmət edir.

Təlimdə iştirakçılara həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının beynəlxalq və milli qanunvericilik çərçivəsində təmin edilməsinə dair mövzular təqdim olunub. Sessiyalar zamanı “BMT-nin məhbuslarla davranışın minimal standart qaydaları”, işgəncələrin qarşısının alınması üzrə Avropa standartları və Avropa Məhkəməsinin təcrübəsi barədə ətraflı məlumat verilib. Eyni zamanda, etik davranış prinsipləri, tibbi xidmət, qadın və uşaqlara xüsusi yanaşma, habelə məhbusların saxlanma şəraiti kimi praktiki məsələlər müzakirə olunub. İnstitut tərəfindən dərc edilən və bu və digər məsələləri əhatə edən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair elmi-praktiki kommentariya bütün tədbir iştirakçılarına paylanılıb.   

Sessiya interaktiv şəkildə davam edib, iştirakçılar təqdim olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar və praktiki təcrübələrini bölüşüblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR