
Narvin Mahmudovanın kitabı mediatorlara təqdim olundu
MÜSİAD Azerbaycanın dəstəyi, Azərbaycan Respublikası Mediasiya Şurası və Türk Dünyası Arabulucular Birliği'nin təşkilatçılığı ilə nəşr edilən, Bakı 15 saylı Mediasiya təşkilatının mediatoru Narvin Mahmudova tərəfindən yazılan "Türkiyə Respublikasında Mediasiya" adlı kitab kursları yeni bitirən mediatorlara təqdim olunub.
Təqdimat mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Tahirə Allahyarova və mediatorlar iştirak edib.
Çıxış edən Narvin Mahmudova iştirakçılara kitabın məzmunu və məqsədləri barədə məlumat verib və qeyd edib ki, kitabdan mediator olmağa hazırlaşan namizədlər, mediatorlar, hüquqşünaslar, tələbələr və bu kimi sahədə fəaliyyət göstərən şəxslər istifadə edə bilər.
Daha sonra Nadir Adilov və Tahirə Allahyarova çıxış edərək mediasiya sahəsində yeni vəsaitlərin nəşr edilməsinin əhəmiyyətini vurğulayıb və maarifləndirmə üzrə islahatların həyata keçirilməsi zamanı bu nəşrlərdən istifadənin mahiyyətini diqqətə çatdırıblar.
Qeyd edək ki, kitabda mediator və tərəflər arasında münasibət mediasiyaya müraciət, mediasiyada həll olunan mübahisələr, məhkəmədən əvvəl mediasiya qaydasında baxılması vacib sayılan mübahisələr, mediasiya iclas modelleri, mediasiya prosesinin mərhələləri və s. bu kimi mövzulara toxunulub və iki ölkənin mediasiya təcrübəsinin oxşar və fərqli cəhətləri barədə məlumat verilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





