BDYPİ: Şəhər mühitində sakitliyin qorunması hər kəsin məsuliyyətidir

Şəhər mühitində ictimai asayişin, insanların dinc yaşayışının və yol hərəkəti təhlükəsizliyinin təmin olunması hər bir hərəkət iştirakçısının üzərinə məsuliyyət qoyur. Nəqliyyat vasitələrində yüksək səslə musiqi dinləmək, əsassız səs siqnalından istifadə etmək, habelə insanların sıx məskunlaşdığı yaşayış zonalarında, məktəb və xəstəxana ətraflarında avtomobillərin yüksək sürətlə idarə olunması nəticəsində səs-küy yaradılması yolverilməzdir. Bu cür davranışlar yalnız yol hərəkəti intizamına mənfi təsir göstərmir, eyni zamanda sürücülər və piyadalar arasında çaşqınlıq və gərginlik yaradır, ictimai asayişi pozur və qəza riskini dəfələrlə artırır.

Qanunvericiliyin tələbinə görə, səs siqnalından istifadə yalnız xüsusi zərurət yarandıqda — yol-nəqliyyat hadisəsinin qarşısını almaq, insan həyatına və sağlamlığına birbaşa təhlükə mövcud olduğu hallarda icazəlidir. 

Qaydalara əməl olunması, intizamlı davranış və qarşılıqlı hörmət prinsiplərinə riayət edilməsi yol hərəkəti təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Sürücülərin məsuliyyətsiz hərəkətləri ictimai mühitdə narahatlıq yaratmaqla yanaşı, qəza ehtimalını artıraraq insanların həyat və sağlamlığını riskə atır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin idarə olunması zamanı səs-küyə səbəb olan hərəkətlərdən çəkinmək, qanunvericiliyin tələblərinə riayət etmək və yol hərəkəti qaydalarına hörmətlə yanaşmaq hər kəsin borcudur.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR