“GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi yekunlaşıb

8–12 sentyabr 2025-ci il tarixində Göygöl Olimpiya İdman Kompleksində “GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi keçirilib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Göygöl Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə reallaşan düşərgənin məqsədi gənclərin liderlik və peşəkar bacarıqlarının inkişaf etdirilməsi olub.

Düşərgədə 15–26 yaş arası fəal gənclər iştirak ediblər. Beş gün ərzində onlar liderlik, şəxsi inkişaf, layihə idarəetməsi, sosial media, marketinq və sağlam həyat tərzi mövzularında peşəkar təlimlərdən yararlanıblar. Təlimlərlə yanaşı, sosial fəaliyyətlər, komandalararası oyunlar və interaktiv məşğələlər vasitəsilə iştirakçılar həm öyrənib, həm də faydalı ünsiyyət mühitində vaxt keçiriblər.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini Aygün Mirzəyeva, ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev, “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva və Azərbaycan Respublikası Ali Məhkəməsinin Daxili Nəzarət və İnsan Resursları şöbəsinin məsləhətçisi Kamran Əliyev iştirak ediblər. Qonaqlar gənclərlə görüşərək onların inkişafı, fəaliyyət istiqamətləri və gələcək hədəfləri ilə bağlı fikirlərini bölüşüblər.

Düşərgənin sonunda bütün iştirakçılar sertifikatlarla təltif olunublar.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR