Azərbaycanlı veteran futbolçu vəfat edib

0
178

Azərbaycanlı veteran futbolçu Arzu Mirzəyev vəfat edib.

Gazette.az xəbər verir ki, “Neftçi” və “Kəpəz” kimi klublarda çıxış etmiş 58 yaşlı A.Mirzəyevin meyiti kirayə yaşadığı evdə tapılıb.

Onun hansı səbəbdən ölməsi ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, A.Mirzəyev son illərdə Gəncədə “Təhsil” İdman Mərkəzində məşqçi işləyib.