Sabirabadda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gazette.az xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndində baş verib.
Belə ki, yolu keçmək istəyən kənd sakini, 1993-cü il təvəllüdlü İsayev Kamran Hafiz oğlunu “Opel” markalı minik avtomobili vurub.
Yaralı hadisə yerinə çağrılan Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.