BAKU Azərbaycan
14.03 °C

Oktyabrın 5-də 57 mindən çox peyvənd vurulub

Oktyabrın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 57 min 572 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, onlardan 1-ci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 15 min 949, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 41 min 623 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 8 milyon 795 min 572-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 4 milyon 824 min 323, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 3 milyon 971 min 249 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda vaksinasiya zamanı “CoronaVac”, “Vaxzevria”, “Sputnik V”, “Pfizer” peyvəndləri istifadə olunur.