BAKU Azərbaycan
7.03 °C

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.

Qarşılıqlı etimada əsaslanan bu strateji tərəfdaşlıq platformasının bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb.

Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda danışıqların yekununa dair protokol imzalanıb.