BAKU Azərbaycan
14.03 °C

Səbail rayonunda naməlum qadın meyit aşkarlanıb

Bakının Səbail rayonu B.Sərdərov küçəsi, ev 8 ünvanının zirzəmisində tüfeyli həyat tərzi sürən naməlum şəxsin (qadın) meyiti aşkar edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ilkin araşdırmalar zamanı onun şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayıb. Həmin şəxsin meyiti aşkar edilməzdən əvvəl şəhərin müxtəlif yerlərində müşahidə kameraları ilə görüntüləri də qeydə alınıb.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 492-02-02, (012-492-53-69), (012-437-02-02) telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.