BAKU Azərbaycan
14.03 °C

Teymurla Şəhriyar 7-ci turda qələbə qazanıblar – “Champions Chess Tour”

Oktyabrın 2-də “Meltwater Champions Chess Tour” şahmat turnirin final mərhələsinin 7-ci turunun oyunları keçirilib.

Turnirdə iştirak edən qrosmeysterlərimizdən Teymur Rəcəbov bu turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Girini 2,5:0,5 hesabı ilə məğlub edib.

Əldə edilən qələbələrdən sonra xallarının sayını 21-ə çatdıran T.Rəcəbov hazırda 3-cü pillədə, Ş.Məmmədyarov isə 9.5 xalla sonuncu sırada qərarlaşıb. 

Qeyd edək ki, şahmatçılarımız növbəti, 8-ci turda bir-biriləri ilə qarşılaşacaqlar.

Image
7-ci turda keçirilən oyunların nəticələri

Image