BAKU Azərbaycan
14.03 °C

Şəhid anasını oğlunun sağ olduğuna inandıran şəxslər saxlanılıb – VİDEO

Şəhid ailəsinə guya övladlarının həlak olmadığını, əsirlikdə olduğunu deyərək onları dələduzluq yolu ilə aldadan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırma zamanı həmin şəhidin döyüşlərdə həlak olandan sonra yaşadığı rayonda dəfn edildiyi, bundan sonra onun anasının övladının bəlkə də, dünyasını dəyişmədiyini, şəhidin isə başqa birisi olduğunu zənn edərək çıxış yolunu “falçı”lara müraciət etməkdə gördüyü müəyyən edilib.

Bundan sonra adları çəkilən şəxslər öz çirkin əməllərini həyata keçirmək üçün şəhidin fotolarını montaj edərək guya onun əsirlikdə sağ olmasını özündə əks etdirən yeni şəkillər hazırlayıblar.

Daha sonra hər iki şəxs şəhidin anasından və qohumlarından pul almaq üçün guya əsirlikdə olan övladlarını qonşu ölkələrdən biri vasitəsi ilə Azərbaycana gətirəcəkləri adı ilə aldadıb bu məqsədlə onladan 100 min manat pul istəyib və müxtəlif vaxtlarda hissə-hissə şəhidin qohumlarından 26 min 800 manat alıblar.