BAKU Azərbaycan
15.03 °C

UEFA Çempionlar Liqasının yeni mövsümü start götürür

Sentyabrın 14-də futbol üzrə 2021-2022-ci il mövsümünün qrup mərhələsinə start verilir.

GAZETTE xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək.

Gecənin ən maraqlı görüşü “E” qrupunda yer alan komandalar arasında baş tutacaq. İspaniyanın “Barselona” klubu öz meydanında Almaniyanın “Bavariya” komandasını qəbul edəcək. Bu qrupun digər görüşü Ukraynada oynanılacaq. “Dinamo Kiyev” doğma azarkeşlər önündə Portuqaliyanın “Benfika” komandasını qəbul edəcək.

Günün bütün görüşləri aşağıdakılardır:

Oyunların ikisi Bakı vaxtı ilə saat 20:45-də, 6-sı isə 23:00-da start götürəcək

Qeyd edək ki, qrup mərhələsinin digər 8 qarşılaşması sentyabrın 15-də oynanılacaq.