BAKU Azərbaycan
24.03 °C

16-18 yaşlı şəxslər valideyn icazəsi ilə peyvənd oluna bilərlər

Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq.

Səhiyyə Nazirliyindən GAZETTE-yə verilən məlumata görə, qərar nazirliyin Elmi Tibbi Şurası və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Elmi Komitəsi tərəfindən cari epidemioloji vəziyyət, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələri nəzərə alınaraq qəbul edilib.

Qərara əsasən, 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək. Yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün //randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürmək mümkündür.