BAKU Azərbaycan
15.03 °C

Anton Demçenko şahmat üzrə Avropa çempionu oldu

İslandiyanın paytaxtı Reykyavikdə keçirilən şahmatçılar arasında fərdi açıq Avropa çempionatına yekun vurulub.

GAZETTE xəbər verir ki, 11 turdan ibarət olan yarışın qalibi 8,5 xal toplayan rusiyalı qrosmeyster Anton Demçenko olub. Qitə birinciliyini ikinci pillədə başa vuran Almaniya təmsilçisi Vinsent Keymer Demçenko ilə eyni xal toplasa da əlavə göstəricilərə görə rəqibindən geri qalıb. Çempionatı 8 xalla Aleksey Sarana (Rusiya) üçüncü pillədə tamamlayıb.

Ölkəmizi Avropa çempionatında 6 şahmatçı təmsil etsə də yalnız Rauf Məmmədovla Nicat Məmmədov yekunda 23 şahmatçı arasına düşərək Dünya Kubokunda iştirak etmək hüququ əldə ediblər. Məmmədovlar 11 turdan sonra 7,5 xal toplasalar əlavə əmsallara görə Rauf 6-cı, Nicat isə 17-ci sırada sırada qərarlaşıb.

Digər şahmatçılarımızdan Nicat Abasov qitə çempionatını 6,5 xalla 42-ci, yeni qrosmeyster titulu əldə edən Aydın Süleymanlı 6 xalla 54-cü, yeniyetmə şahmatçımız Read Səmədov isə 5,5 xalla 101-ci pillədə tamamlayıb.

Xatırladaq ki, qitə birinciliyində iştirak edən daha bir qrosmeysterimiz, son Azərbaycan çempionu Vasif Durarbəyli yarışın gedişində yeni növ koronavirus infeksiyasına yoluxduğu üçün çempionatdan uzaqlaşdırılımışdı.