BAKU Azərbaycan
23.03 °C

Ötən sutka 31 mindən çox insana ikinci doza peyvənd vurulub

Sentyabrın 5-də Azərbaycanda 60 min 977 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan GAZETTE-yə bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 min 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 min 754 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 235 min 274, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 358 min 794, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 876 min 480 nəfər təşkil edir.