BAKU Azərbaycan
24.03 °C

Nicat Məmmədov və Read Səmədov turu qalib başa vurdu – Avropa çempionatı

İslandiyanın paytaxtı Reykyavikdə davam edən şahmat üzrə fərdi açıq Avropa çempionatında 7-ci turun oyunları keçirilib.

GAZETTE xəbər verir ki, başa çatan turda çempionatın liderlər qrupunda yer alan qrosmeysterimiz Rauf Məmmədov Polşa təmsilçisi Kasper Pyorunla heç-heçə edib. Digər şahmatçılarımızdan Nicat Məmmədovun Maksim Laqardı (Fransa), Read Səmədovun isveçrəli Nikolas Kunqu məğlub etdikləri turda Nicat Abasov Velimir İviçlə (Serbiya), Aydın Suleymanlı isə Litva şahmatçısı Karolis Yuksta ilə heç-heçə oynayıb.

Qitə birinciliyində geridə qalan 7 turdan sonra R.Məmmədov 6 xalla 2-ci, N.Məmmədov 5,5 xalla 9-cu, N.Abasov 4,5 xalla 30-cu, A.Süleymanlı 4 xalla 59-cu, eyni xala malik R.Səmədov isə 101-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Avropa çempionatı 11 turdan ibarətdir.