BAKU Azərbaycan
12.03 °C

Türkiyə millisi Avropa çempionatının yarımfinalına yüksəlib

Dörd ölkənin təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatının 1/4 final mərhələsinin oyunlarına start verilib.

GAZETTE xəbər verir ki, ötən gün baş tutan ilk oyunda Niderland millisi İsveç yığması üzərində 3-0 (27-25; 25-16; 25-19) hesabı ilə qalib gəlib.

Günün son matçında isə qitə çempionatında naməğlub irəliləyən Türkiyə yığması ilə qrup mərhələsində yalnız bir oyunda məğlub olan Polşa millisi qarşılaşıb. Görüş qardaş Türkiyə voleybolçularının qələbəsi ilə başa çatıb. “Ağ-qırmızı”lar rəqibinə heç bir şans verməyib və qarşılaşma 3-0 (25-18; 25-14; 25-23) hesabı ilə yekunlaşıb.

Avropa çempionatında bu gün 1/4 finalın daha 2 görüşü keçiriləcək.

Serbiyanın paytaxtı Belqradda oynanılacaq matçlarda ilk öncə İtaliya yığması Rusiya millisi ilə qarşılaşacaq.

Günün son görüşündə isə çempionatın meydan sahiblərindən olan Serbiya ilk dəfə 1/4 finala vəsiqə qazanmış Fransa ilə üz-üzə gələcək.

1 sentyabr.

19:00. İtaliya – Rusiya

22:00. Serbiya – Fransa