BAKU Azərbaycan
18.03 °C

Rauf Məmmədov Avropa çempionatında liderliyə yüksəldi

İslandiyanın paytaxtı Reykyavikdə keçirilən şahmat üzrə fərdi açıq Avropa çempionatında 6-cı turunun oyunları keçirilib.

GAZETTE xəbər verir ki, qitə birinciliyində iştirak edən şahmatçılarımızdan Rauf Məmmədov növbəti qələbəsini qazanıb. Fransalı Maksim Laqardı məğlub edən şahmatçımız xalların sayını 5,5-ə qaldıraraq liderliyə yüksəlib.

AÇ-da mübarizə aparan digər şahmatçılarımız – Nicat Məmmədov çexiyalı David Navara, Nicat Abbasov macarıstanlı Viktor Erdosla heç-heçə edib.

Altı turdan sonra N.Məmmədov 4,5, N.Abasov isə 3,5 xala malikdirlər.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.