BAKU Azərbaycan
24.03 °C

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

GAZETTE xəbər verir ki, İstanbulda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

32 klubun iştirak edəcəyi və sonda 8 qrupun üzvlərinin müəyyənləşəcəyi mərasimdə komandalar püşkdən əvvəl səbətlərə bölünüb.

I səbət: “Çelsi”, “Mançester Siti” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Vilyarreal” (hər ikisi İspaniya), “Bavariya” (Almaniya), “İnter” (İtaliya), “Lill” (Fransa), “Sportinq” (Portuqaliya);

II səbət: “Real Madrid”, “Barselona”, “Sevilya” (hər üçü – İspaniya), “Yuventus” (İtaliya), “Mançester Yunayted”, “Liverpul” (hər ikisi – İngiltərə), “Paris Sen-Jermen” (Fransa), “Borussiya Dortmund” (Almaniya);

III səbət: “Portu”, “Benfika” (hər ikisi – Portuqaliya), “Ayaks” (Niderland), “Şaxtyor Donetsk” (Ukrayna), “Leyptsiq” (Almaniya), “Zalsburq” (Avstriya), “Atalanta” (İtaliya), “Zenit” (Rusiya);

IV səbət: “Beşiktaş” (Türkiyə), “Dinamo Kiyev” (Ukrayna), “Brügge” (Belçika), “Yanq Boyz” (İsveçrə), “Milan” (İtaliya), “Malmö” (İsveç), “Volfsburq” (Almaniya), “Şerif” (Moldova).

May

Qeyd edək ki, UEFA Çempionlar Liqasında ilk turun oyunları sentyabrın 14-15-də keçiriləcək.