BAKU Azərbaycan
16.03 °C

“Reanimasiyada olan xəstələrin 98 faizi peyvənd olunmayıb” – Teymur Musayev

“Hazırda Azərbaycanda yeni növ koronavirus infeksiyasına yoluxanlar üçün çarpayı fondunun doluluğu 50 %-dən azdır”.

GAZETTE xəbər verir ki, bunu “REAL TV”-yə müsahibəsində səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev deyib.

Onun sözlərinə görə, ölkədə “COVİD-19” infeksiyasına yoluxanlar üçün çarpayı fondu 10 mindən artıqdır.

T.Musayev müsahibə zamanı süni nəfəs aparatına qoşulan “SARS-CoV-2” xəstələri arasında peyvənd olunmuş xəstənin olmadığını və reanimasiya şöbəsində olan pasiyentlərin 98 %-nin peyvənd olunmadığını bildirib.

O, eyni zamanda yanvarın 18-dən bu günə kimi ölkəmizdə peyvənd olunmalı əhalinin 35 %-ə qədərinə vaksin vurulduğunu və kollektiv immunitetin yaranması, o cümlədən virusun yayılmasının qarşısını alınması məqsədilə Azərbaycan əhalisinin 60-70 %-nin vaksinasiyasının zəruriliyini qeyd edib.

Teymur Musayev həmçinin hazırda ölkədə “COVİD-19” infeksiyasının üçüncü dalğasının yaşandığı sözlərinə əlavə edib.