BAKU Azərbaycan
12.03 °C

Lənkəranda Vətən müharibəsi şəhidlərinin ailələrinə mənzillər təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Lənkəran rayonunda 45 mənzilli yaşayış binası tarixi zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin və həmin müharibə ilə əlaqədar əlilliyi olan qazilərimizin istifadəsinə verilib.

ƏƏSMN-dən GAZETTE-yə verilən məlumata görə, xəbər verir ki, binadakı mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.

Vüsal Nəsirli 2021-ci ilin planı üzrə artıq 1300-dən çox mənzilin şəhid ailələri və müharibə əlillərinə təqdim edildiyini, bu kateqoriyalardan olan vətəndaşlara indiyədək 10 mindən çox mənzil və fərdi evin verildiyini diqqətə çatdırıb.