BAKU Azərbaycan
25.03 °C

Zakir Həsənov İstanbulda Hulusi Akarla görüşüb

Avqustun 17-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbulda keçirilən “IDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisinə səfər çərçivəsində Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşüb.

Müdafiə Nazirliyindən GAZETTE-yə verilən məlumata görə, görüşdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, regional təhlükəsizlik, ikitərəfli münasibətlər, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.