BAKU Azərbaycan
18.03 °C

Şahmat üzrə fərdi Avropa çempionatı davam edir – NƏTİCƏLƏR

Bu gün Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında fərdi Avropa çempionatının səkkizinci turunun oyunları keçirilib.

GAZETTE xəbər verir ki, təmsilçimiz Gülnar Məmmədova Laura Unuk (Sloveniya) üzərində qələbə qazanaraq xallarının sayını 6-ya çatdırıb. Bu nəticə ilə o, 5-ci yerə yüksəlib.

Digər təmsilçilərimiz Ülviyyə Fətəliyeva Marina Brunello (İtaliya), Xanım Balacayeva Mariya Qevorqyan (Ermənistan), Xəyalə Abdulla Louise Başilina (Almaniya) üzərində qələbə qazanıblar.

Günay Məmmədzadə serbiyalı İnjac Teodora, Gövhər Beydullayeva Nino Batsiaşvili (Gürcüstan), Zeynəb Mammədyarova Anna Qvantseladze (Rusiya), Türkan Mammədyarova Anna Kubova (Çexiya), Ayan Allahverdiyeva isə Petronela Paraşiv (Rumıniya) ilə heç-heçə ediblər. Nəsrin Babayeva isə Andrea Navroteskuya (Fransa) məğlub olub.

Səkkiz turdan sonra G.Məmmədzadə 5,5, Ü.Fətəliyeva, G.Beydullayeva, X.Balacayeva 5, Zeynəb Məmmədyarova 4, T.Məmmədyarova, X.Abdulla 3,5, N.Babayeva 3, A.Allahverdiyeva 2,5 xal toplayıblar.

Qeyd edək ki, 11 turdan ibarət olan fərdi Avropa çempionatı avqustun 21-dək davam edəcək.