BAKU Azərbaycan
21.03 °C

Qadın şahmatçılarımız AÇ-də növbəti oyunlarını keçiriblər – NƏTİCƏLƏR

Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında fərdi Avropa çempionatında növbəti turun oyunları keçirilib.

Gazette xəbər verir ki, 7-ci turda təmsilçilərimizdən Gülnar Məmmədova belaruslu Olqa Badelkaya, Gövhər Beydullayeva isə rusiyalı Semyonovaya qalib gələrək aktivlərinə 1 xal yazdırıblar.

Ülviyyə Fətəliyevanın polşalı Klaudia Kulon, Zeynəb Məmmədyarovanın belaruslu Yana İlyuçuk, Türkan Məmmədyarovanın isə ukraynalı İrina Petrova ilə qarşılaşmaları heç-heçə ilə başa çatıb.

Günay Məmmədzadə rusiyalı Aleksandra Maltsevskaya, Xanım Balacayeva Anastasiya Bondaroka (Rusiya), Nəsrin Babayeva rumıniyalı Mihaela Sanduya, Xəyalə Abdulla estoniyalı Triin Narvaya, Ayan Allahverdiyeva Rumıniyanın digər təmsilçisi Obada Emaya məğlub olublar.

Yeddi turdan sonra G.Məmmədzadə, G.Məmmədova 5, G.Beydullayeva 4,5, Ü.Fətəliyeva, X.Balacayeva 4, Zeynəb Məmmədyarova 3,5, T.Məmmədyarova, N.Babayeva 3, X.Abdulla, 2,5, A.Allahverdiyeva 2 xal toplayıblar.

Qeyd edək ki, 11 turdan ibarət olan qitə birinciliyi avqustun 21-dək davam edəcək.