BAKU Azərbaycan
27.03 °C

Bölmələrimizin itki verməsi barədə yayılan məlumat yalandır – MN

Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.

Gazette xəbər verir ki, bu fikirlər Müdafiə Nazirliyinin yaydığı məlumatda yer alıb.

Məlumatda deyilir: “Əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır”.