BAKU Azərbaycan
24.03 °C

Sutka ərzində “COVID-19” əleyhinə 251 nəfər peyvənd olunub

Avqustun 16-da Azərbaycanda 251 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gazette-yə bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 794 min 483, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 420 min 144, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 374 min 339 nəfər təşkil edir.