Antalyadan Bakıya uçmalı olan təyyarə texniki səbəbdən dayanacağa qayıdıb
14.08.2021 / 16:20
Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Airbus A320” təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.
AZAL-dan Gazette.az verilən məlumata görə, sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay