BAKU Azərbaycan
13.03 °C

“Qarabağ” Konfrans Liqasında pley-offa yüksəldi

“Qarabağ” UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyununu keçirib.

Gazette.az xəbər verir ki, Ağdam təmsilçisi Kiprdə 1:1 hesablı heç-heçə etdiyi AEL klubunu Bakıda qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda rəqibi ilə üz-üzə gələn Qurban Qurbanovun komandası yeni transfer Kadi Borqesin qolu ilə 1:0 hesablı qələbə qazanaraq pley-offa yüksəlib.

Qeyd edək ki, “Qarabağ” pley-offda “Aberdin” (Şotlandiya) – “Breydablik” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
 
“Qarabağ” (Azərbaycan) – AEL (Kipr) – 1:0
Qol: Kadi, 87