BAKU Azərbaycan
15.03 °C

Sutka ərzində “COVID-19”-dan 14 nəfər dünyasını dəyişib

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2674 yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gazette.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 359 min 732 nəfərin yeni növ koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 min 021 nəfər müalicə olunaraq sağalıb, 5 min 109 nəfər vəfat edib. Aktiv xəstə sayı 17 min 602 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 575, bu günə qədər isə ümumilikdə 4 milyon 164 min 163 test icra olunub.