BAKU Azərbaycan
23.03 °C

“Qarabağ” Kiprin AEL klubunu qəbul edəcək – Konfrans Liqası

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununu keçirəcək.

Gazette.az xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandasını qəbul edəcək. Saat 20:00-da başlayacaq və “CBC Sport” TV kanalı vasitəsilə yayımlanacaq matçı estoniyalı baş hakim Kristo Tover idarə edəcək.

Ağdam təmsilçisinin heyətində 3 itki var. Müdafiəçilər Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov zədə səbəbindən oyunu buraxacaq. Qonaqlarda isə Entoni Georgiu koronavirusa yoluxduğu üçün oynamayacaq.

Qeyd edək ki, Kiprdəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, sözügedən matç üçün artıq 9 mindən çox bilet satılıb.