BAKU Azərbaycan
12.03 °C

“Neftçi” Helsinkidə cavab oyununa çıxır – Avropa Liqası

Bu gün Bakının “Neftçi” komandası UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab görüşünə çıxacaq.

Gazette.az xəbər verir ki, Bakı təmsilçisi Finlandiyanın paytaxtı Helsinkidəki “Bolt Arena”da HİK komandasının qonağı olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq və “İdman TV” vasitəsilə canlı yayımlanacaq görüşü almaniyalı referi Deniz Aytekin idarə edəcək.

Xatırladaq ki, komandalar arasında avqustun 3-də Bakıda keçirilən ilk oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı.