BAKU Azərbaycan
10.03 °C

Diaspor nümayəndələri “Neftçi”ni Finlandiyada tək qoymayacaq

Bu gün, 12 avqustun tarixində UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Finlandiyanın paytaxtı Helsinki şəhərinin “Bolt Arena” stadionunda Bakının “Neftçi” klubu ilə Finlandiyanın HİK klubu qarşı-qarşıya gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Gazette.az-a verilən məlumata görə, Finlandiyadakı Azərbaycan diasporunun 40 nəfər futbol azarkeşi oyunu stadionda canlı izləyəcək və komandamıza mənəvi dəstək göstərəcək.  Azarkeşlərin oyunu canlı izləməsi təşəbbüsünü Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru Ülviyyə Cabbarova tərəfindən irəli sürülüb, Diasporla İş üzrə Dövlət Komitəsi bu təşəbbüsü dəstəkləyib və azarkeşlər biletlərlə təmin edilib.

Qeyd edək ki, “Neftçi”nin HİK-lə keçirəcəyi oyunu diaspor nümayəndələri ilə yanaşı, Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov da izləyəcək.

Xatırladaq ki, HİK – “Neftçi” oyunu UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində keçirilir. Bakıdakı ilk oyun heç-heçə başa çatıb. Bu cütlüyün qalibi növbəti mərhələdə Türkiyənin “Fənərbağça” komandasına rəqib olacaq.