BAKU Azərbaycan
14.03 °C

UEFA Superkubokunun qalibi “Çelsi” oldu – FOTO

Ötən gün UEFA Superkuboku uğrunda oyun keçirilib.

Gazette.az xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfastda təşkil edilən görüşdə İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyarreal” klubları üz-üzə gəliblər.

Oyunun əsas vaxtı Hakim Ziyeş (27′) və Morenonun (73′) qarşılıqlı qolları sayəsində  1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyasına keçilib. Burada isə “Çelsi” daha dəqiq olaraq (6:5) tarixində 2-ci dəfə Superkubokun qalibi olub.