BAKU Azərbaycan
15.03 °C

Superkubokun qalibi müəyyənləşir – “Çelsi”, yoxsa “Vilyarreal”?

Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək.

Gazette.az xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfastda təşkil ediləcək görüşdə İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyarreal” klubları üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matçı stadiondan yeni növ koronavirus səbəbindən arenanın ümumi azarkeş tutumunun 70 %-i qədər, təxminən 13 000 tamaşaçının izləməsinə icazə veriləcək.

Xatırladaq ki, “Çesli” Çempionlar Liqasının, “Vilyarreal” isə Avropa Liqasının son qalibi kimi Superkubok matçına çıxır.