BAKU Azərbaycan
24.03 °C

Daha 20 ölkə vətəndaşlarına Azərbaycana giriş-çıxışa icazə verildi – Siyahı

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərarda dəyişiklik edilib.

Gazette.az xəbər verir ki, dəyişikliyə əsasən, avqustun 5-dən etibarən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin (“COVID-19” pasportu və 72 saat ərzində verilmiş “COVID-19”-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında) Azərbaycana giriş-çıxışına icazə veriləcək:

  1. Almaniya Federativ Respublikası;
  2. Avstriya Respublikası;
  3. Belçika Krallığı;
  4. Çexiya Respublikası;
  5. Danimarka Krallığı;
  6. İrlandiya Respublikası;
  7. İspaniya Krallığı;
  8. İsveç Krallığı;
  9. İsveçrə Konfederasiyası;
  10. Kanada;
  11. Lüksemburq Böyük Hersoqluğ;
  12. Malta Respublikası;
  13. Niderland Krallığı;
  14. Polşa Respublikası;
  15. Portuqaliya Respublikası;
  16. Serbiya Respublikası;
  17. Sinqapur Respublikası;
  18. Sloveniya Respublikası;
  19. Slovakiya Respublikası;
  20. Yunanıstan Respublikası.

Xatırladaq ki, daha öncə 9 ölkənin (2021-ci il 10 iyun tarixindən – Rusiya Federasiyası, Türkiyə Respublikası və 2021-ci il 21 iyun tarixindən – Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Macarıstan Respublikası, İsrail Dövləti, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn Krallığı, Qətər Krallığı) qeyd olunan şəxsləri üçün də eyni şərtlər daxilində hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışa icazə verilmişdi.