BAKU Azərbaycan
12.03 °C

“Neftçi”nin Avropa Liqasındakı və Konfrans Liqasındakı potensial rəqibləri bəlli olub

Avqustun 2-də UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Gazette.az xəbər verir ki, püşkün nəticəsinə görə ölkəmizi turnirdə təmsil edən Bakının “Neftçi” klubu Avroliqanın III təsnifat mərhələsində Finlandiyanın HİK komandasını iki oyunun nəticəsinə görə keçərsə pley-offda Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq.

Bu gün eyni zamanda UEFA Konfrans Liqasında da pley-off mərhələsinin püşkü atılıb.

Püşkə nəticəsinə əsasən, Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” – HİK cütündən məğlub olan tərəf Konfrans Liqasının pley-off mərhələsində “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) matçında qalib komanda ilə qarşılaşacaq.

Qeyd edək ki, HİK-lə ilk oyun avqustun 3-ü saat 21:00-da “Bakcell Arena”da, cavab matçı isə ayın 12-si Bakı vaxtı ilə saat 20:00-da “Bolt Arena”da keçiriləcək.

Avropa Liqasının və Konfrans Liqasının pley-off mərhələsinin görüşləri avqustun 19 və 26-da baş tutacaq.