BAKU Azərbaycan
9.03 °C

Zəngəzur üzərindən uçuş həyata keçirilməyib – Rəsmi açıqlama

Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə olunması barədə yanlış məlumat yayılıb.⠀

Bu barədə AZAL-ın Mətbuat xidmətindən Gazette.az-a verilən məlumatda bildirilib.

“Azərbaycan Hava Yolları” rəsmi olaraq məlumat verir ki, Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviaşirkətlər tərəfindən istifadə olunmur.⠀

AZAL kütləvi informasiya vasitələrini təsdiqlənməmiş məlumata etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırır.⠀“Azərbaycan Hava Yolları” bu təxribatçı hərəkətlərin, yəni qəsdən yalan məlumatların yayılmasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.