BAKU Azərbaycan
16.03 °C

Flora Kərimova “Şərəf” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Gazette.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

Prezidentin digər Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti F.Kərimova iyulun 23-də 80 yaşını qeyd etmişdi.