BAKU Azərbaycan
8.03 °C

Gədəbəyin icra başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, İbrahim Mustafayev Prezidentin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə bu vəzifəyə təyin olunmuşdu.