BAKU Azərbaycan
9.03 °C

Ölkə üzrə COVID-19-a ən çox yoluxma faktı Bakıda qeydə alınıb

Azərbaycanda ölkə üzrə yeni növ koronavirusa (COVID-19) yoluxma statistikası açıqlanıb.

GAZETTE koronavirus.info’ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür – 54,2 %. Abşeronda bu rəqəm 13.4 %, Aranda 12.1 % , Gəncə-Qazaxda 7.0 %, Şəki-Zaqatalada 3.6 %, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.5 %, Dağlıq Şirvanda 2.3 %, Yuxarı Qarabağda 1.5 %-dir.
Naxçıvanda yoluxma 0.07 %, ölkə xarici yoluxma isə 0.4 % təşkil edir.

Paytaxtda hazırda ən çox yoluxma 14,6 % göstərici ilə Binəqədi rayonunun payına düşür. 

Bu rəqəm Xətaidə 13,6, Sabunçuda 11,8, Yasamalda 11,8, Suraxanıda 8,4, Nərimanovda 7,8, Nəsimidə 7,6, Xəzər rayonunda 7,5, Nizamidə 7,2, Səbaildə 4,9, Qaradağda 4,4, Pirallahıda isə 0,5 faizdir.