BAKU Azərbaycan
9.03 °C

Azərbaycanda sutka ərzində vurulan vaksinlərin sayı açıqlanıb

Sentyabrın 6-da Azərbaycanda 1107 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan GAZETTE-yə bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 236 min 381, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 359 min 737, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 876 min 644 nəfər təşkil edir.