BAKU Azərbaycan
8.03 °C

Azərbaycanda COVID-19 əleyhinə 7 milyondan çox peyvənd vurulub

Sentyabrın 2-də Azərbaycanda 98 min 494 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan GAZETTE-yə bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 min 167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 min 327 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 9 min 933, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 239 min 851, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 770 min 82 nəfər təşkil edir.