Azərbaycan Ordusu qarşı tərəfin təminat maşınına atəş açmayıb – Müdafiə Nazirliyi

Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində təminat maşınına zərər dəyməsi barədə yayılan məlumatlar yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, bu, qarşı tərəfin heç bir real əsası olmayan növbəti uydurmasıdır.