Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə peyvənd vurulmasına icazə verildi

Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə qərar cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq nazirliyin Elmi-Tibbi Şurası qəbul edib.

Qeyd edilib ki, 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.