Fizika sahəsi üzrə Nobel mükafatı laureatlarının adları elan edilib

Oktyabrın 5-də İsveçin paytaxtı Stokholm şəhərində 2021-ci il fizika sahəsi üzrə Nobel mükafatı laureatlarının adları elan edilib.

Stokholmda yerləşən İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi fizika sahəsində 2021-ci il üzrə Nobel mükafatının “mürəkkəb fiziki sistemlər haqqında anlayışımıza böyük töhfələr verdiklərinə görə”, alimlər Syukuro Manabe, Klaus Hasselman və Corco Pariziyə verildiyini elan edib.

Image