“Azərbaycan derbi”sinin qalibi Teymur Rəcəbov olub – “Champions Chess Tour”

Oktyabrın 3-də “Meltwater Champions Chess Tour”un final mərhələsinin 8-ci turunda “Azərbaycan derbisi” keçirilib.

Qrosmeysterlərimiz Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun oynadıqları 3 partiyada heç-heçə qeydə alınsa da sonuncu görüşdə T.Rəcəbov qələbə qazanmağı bacarıb.

Əldə etdiyi 3 xal sayəsində turnir cədvəlində 2-ci pilləyə yüksələn Teymur Rəcəbov son turda fransalı şahmatçı Maksim Vaşe-Laqravla qarşılaşacaq.

Şəhriyar Məmmədyarov isə 9-cu tur daha prinsipial rəqiblə, Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gələcək.

Image
8-ci turda qeydə alınmış nəticələr
Image
8 turdan sonra formalaşan turnir cədvəli